NASA-dan kritik xəbərdarlıq: Meteorit gəlir

Dünya
11-02-2025 - 10:59
Bu yaxınlarda kəşf edilmiş asteroidin Yerə yaxınlaşması ehtimalı 2032-ci ildə planetimizi vurmaq ehtimalı iki dəfə artıb.
Ajans.az xəbər verir ki, Euronews-da yer alan xəbərə görə, NASA-nın 2024 YR4 adlı asteroidlə bağlı yeni müşahidələri onun 22 dekabr 2032-ci ildə Yerə dəymə ehtimalının 2,3 faiz olaraq yenidən müəyyən edilməsinə səbəb olub.
Kosmik agentlik əvvəllər riski 1 faiz civarında güman etmişdi. Lakin indi diametrinin 90 metrə qədər olduğu təxmin edilən asteroid Yerlə toqquşarsa, ciddi ziyan vura bilər. Risk hələ də kifayət qədər az olsa da, elm adamları asteroidin orbitini yaxından izləməyə davam edirlər.
Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
Oxşar xəbərlər
Ərdoğandan növbəti xəbərdarlıq: Suriyada antiterror əməliyyatlarına başlaya bilərik
Dünya15:07 / 18-01-25