Müştərinin hesabına səhvən göndərilən məbləğ ŞOK ETDİ

Müştərinin hesabına səhvən göndərilən məbləğ
Dünya 01-03-2025 - 14:17

Ötən həftə ABŞ-nin böyük bankı “Citygroup” 280 dollar göndərməli olduğu müştərinin hesabına səhvən 81 milyon dollar yatırıb.

Ajans.az xəbər verir ki, bank əməkdaşları bunu 90 dəqiqə sonra anlayıblar.

Yanlış köçürmə əməliyyatı 90 dəqiqə sonra bankın ödəniş işçisi və əməliyyatı yoxlayan şəxs tərəfindən fərq edilib. Bu müddət ərzində səhv köçürmənin aradan qaldırılması üçün lazımi addımlar atılıb.

Qeyd edək ki, bu bank əvvəllər də oxşar səhvlərlə qarşılaşıb. Məsələn, 2020-ci ildə bank kreditorlara 900 milyon dollar göndərib və bu məbləğin böyük hissəsini geri ala bilməmişdi.

PAYLAŞ: