Millimiz bu gün Portuqaliya ilə cavab oyununa çıxacaq

Millimiz bu gün Portuqaliya ilə
İdman 29-10-2024 - 16:03

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Ajans.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi yığma Vizela şəhərində Portuqaliya seçməsinin qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Görüşü niderlandlı referi Şona Şukrula idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilmiş ilk oyun rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

PAYLAŞ: