Messi cəzalandırıldı

ABŞ-nin “İnter Mayami” klubunun futbolçuları Lionel Messi və Luis Suares cəzalandırılıb.
Ajans.az xəbər verir ki, bu barədə MLS İntizam Komitəsi qərar verib.
Bildirilib ki, hər iki ulduz futbolçu “Nyu-York Siti”yə qarşı keçirilən matçda etdikləri hərəkətə görə cəzalandırıblar.
Belə ki, həmin matçda Luis Suares rəqib oyunçu Birk Risaya hücum çəkib. Messi isə bir neçə dəqiqə hakimə etiraz edib və nəticədə sarı vərəqə ilə cəzalandırılıb.
Cəzanın nə olduğu isə hələ açıqlanmayıb.