Məşhur müğənninin qətli ilə bağlı daha bir məşhur ifadə verdi
Müğənni Lolita Milyavskaya 1991-ci ildə rok musiqiçisi İqor Talkovun qətlə yetirilməsi ilə bağlı işdə ifadə verib.
Ajans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Milyavskayanın sözlərinə görə, onun bütün ifadələri artıq müstəntiq tərəfindən qeydə alınıb.
"Mən çox şadam ki, istintaq nəhayət başa çatıb”, - deyə, müğənni bildirib.
İyulda Rusiya İstintaq Komitəsi 33 il əvvəl baş vermiş hadisələrlə bağlı istintaqın başa çatdığını elan edib. Müstəntiqlərə görə, "Yubileynıy" İdman Sarayının pərdə arxasında Talkov və Aziza arasında çıxış qaydası ilə bağlı münaqişə yaranıb. O zaman konsert direktoru Valeri Şlyafman müğənninin mühafizəçisinə atəş açıb.
İş üzrə 150 şahid arasında Oleq Qazmanov, İqor Nikolaev, Boqdan Titomir, Aleksandr Tsekalo və Lolita da daxil olmaqla bir çox məşhurlar var idi. Noyabrın 13-də müğənni Nataşa Koroleva iş üzrə məhkəmədə ifadə verib.