Məşhur aparıcı təcavüz ittihamı ilə həbs edildi
Məşhur amerikan blogger, “The Carter Family” kanalının aparıcısı Cuşan Karter təcavüzdə şübhəli bilinərək həbs edilib.
Ajans.az xəbər verir ki, bu barədə “Express Tribune” məlumat verib.
35 yaşlı Karter noyabrın 2-də nəzarətə götürülüb. Qeyd olunur ki, araşdırılma prosesində onun ögey qızı da görünə bilər. Hadisənin başqa təfərrüatları barədə məlumat verilməyib.
Nəşr qeyd edib ki, Karter əvvəllər qanunla bağlı problemlər yaşayıb. Məsələn, 2021-ci ildə ona məişət zorakılığı ilə bağlı ittiham irəli sürülüb.
“YouTube”da “Carter Family” kanalının 330 mindən çox abunəçisi var. Videolar Karter ailəsinin gündəlik həyatına həsr olunub.