Mbappenin təcavüz istintaqı yekunlaşdı - NƏTİCƏ
İsveç prokurorları fransalı futbolçu, “Real Madrid”in futbolçusu Kilian Mbappenin təcavüz ilə bağlı istintaqını dayandırıb.
Ajans xəbər verir ki, bu barədə dövlət qurumunun saytında məlumat verilir.
Qərar sübut çatışmazlığı səbəbindən qəbul edilib. Qeyd olunur ki, adıçəkilən şəxsə cinayət törətməkdə şübhəli olması barədə məlumat verilməyib.
Daha əvvəl Mbappenin zorlama ittihamlarından sonra psixoloji problemlərinin yaranması ilə bağlı məlumatlar ortaya çıxıb. Bu səbəbdən futbolçu “Real Madrid”ə uyğunlaşmaqda çətinlik çəkib.
Oktyabr ayında Mbappe İsveçdə zorlamada şübhəli bilinirdi. “Expressen” qəzeti zorlama iddiasının onun qaldığı “Bank Hotel”də baş verdiyini yazıb. Hadisə yerindən maddi sübut kimi geyim əşyaları götürülüb.