"Mançester Siti" "Liverpul"a qarşı

Bu gün İngiltərə Premyer Liqasında 13-cü tura yekun vurulacaq.
Ajans.az xəbər verir ki, son oyun günündə 4 görüş keçiriləcək.
Turun mərkəzi matçı da bu günə təsadüf edir. Lider "Liverpul" uğursuz çıxışlarını davam etdirən "Mançester Siti"ni qəbul edəcək.
"Mançester Siti" Premyer Liqada ardıcıl 3, bütün turnirlərdə isə 5 oyundur ki, məğlub olur.
Hazırda "Liverpul" (12 oyun) 31 xalla 1-ci, "Arsenal" (13 oyun) 25 xalla 2-ci, "Brayton" (13) 23 xalla 3-cü, "Mançester Siti" isə (12) eyni xalla 4-cüdür.