Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymağa SÖZ VERDİ

Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymağa
Orban
Siyasət 31-01-2025 - 12:45

Avropa Komissiyası bu ölkəyə enerji təhlükəsizliyinə zəmanət verməsə, Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına icazə verməyəcək.

Ajans.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban Aİ-nin qərarına veto qoyacağını vəd edib.

Kossuth radiostansiyasının səhər proqramında çıxış edən Avropa ölkəsinin nümayəndəsi bəyan edib ki, Rusiyaya qarşı qoyulan məhdudiyyətlər bütün cəmiyyətin iqtisadiyyatına ziyan vurur və o, Brüsseldə icma ölkələrindən olan həmkarları ilə görüşlərdə bu məsələni daim qaldırır:

“Macarıstanın marağı ondan ibarətdir ki, sanksiyalar aradan qaldırılsın, çünki biz üç il ərzində bu sanksiyalara görə 19 milyard avro itirmişik”.

Yanvarın 24-də Orban bildirib ki, Aİ Macarıstan və Slovakiyaya enerji nəqlini əngəlləyən Ukraynaya qarşı öz üzv dövlətlərinin maraqlarını müdafiə etməlidir. O, Moskvaya qarşı sanksiyaların yalnız Kiyevin qaz tranzitini geri qaytarması, “Türk axını”na hücumları dayandırması və Rusiya enerji resurslarının öz ərazisindən tranzitini təhdid etməsini dayandırması şərti ilə uzadılacağı barədə xəbərdarlıq edib.

Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa təklif edib ki, Macarıstan Ukraynaya qaz tranzitinin bərpası və özünü enerji resursları ilə təmin etmək məsələsində təsir etmək üçün hər şeyi edəcək. O vurğulayıb ki, Macarıstan və Ukrayna arasında qarşıdurma çox yüksək səviyyəyə çatıb .

 

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: