"Kim milyonçu olmaq istəyir?" aparıcısının vəziyyəti kritikdir!
“Top Gear” kult avtomobil şousunun ulduzu, teleaparıcı Ceremi Klarkson ürəyində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.
Ajans.az xəbər verir ki, bu barədə “BBC” məlumat verib. Məlumata görə, 64 yaşlı aparıcı döş qəfəsindəki sıxılma və sol qolundakı keyimə hissindən həkimlərə şikayət edib. Nəticədə Klarkson Oksforddakı Con Radkliff xəstəxanasına aparılıb.
Tibb müəssisəsində məşhur jurnalist ürək əməliyyatı keçirib, bu zaman stent qoyulub. Əməliyyatdan bir gün sonra Klarkson xəstəxanadan buraxılıb.
Ceremi Klarkson “BBC”nin Top Gear şousunun aparıcısı kimi bütün dünyada məşhurlaşıb. O, 2002-ci ildən 2015-ci ilə kimi proqrama aparıcılıq edib. O, həmçinin “Kim milyonçu olmaq istəyər?” yarışmasına da aparıcılıq edib.