Kəmaləddin Heydərovdan yeni təyinat

Kəmaləddin Heydərovdan yeni təyinat
Siyasət 16-10-2024 - 16:00

Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinə yeni rəis təyin edilib.

Ajans.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bununla bağlı fövqaladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq Əmr imzalayıb.

Əmrə əsasən, FHN-in daxili xidmət mayoru, Gəray Elxan oğlu Güliyev Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi təyin olunub.

O, daha əvvəl Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi olub.

PAYLAŞ: