Keçmiş arvadını 28 dəfə bıçaqladı, sonra da özünü öldürmək istədi - TƏFƏRRÜAT
Argentinada dəhşətli hadisə baş verib.
Ajans.az xəbər verir ki, Sergio Sarria adlı şəxs keçmiş arvadı Deboraya 28 dəfə bıçaqla hücum edib. Hadisə təhlükəsizlik kameralarına əks olunub. Hücumdan sonra ağır yaralanan Debora “Məni heyvan kimi öldürmək istədi” ifadələrini işlədib.
Hücum edən Sarria polis gələnə qədər özünü boynundan bıçaqlayıb. Deboranın müalicəsi davam edərkən, intihara cəhd edən Sarria xəstəxanada nəzarət altındadır. Hadisə Deboranın iş yerində baş verib.
“Qabırğalarımda, boynumda, üzümdə və bir gözümdə bıçaq yaraları var. Bu, qorxulu və dəhşətli idi. Dirsəyimdə də böyük kəsik var. Möcüzəvi şəkildə məni öldürə bilmədi. Dostlarım onu vurub məni onun əlindən almağa çalışanda o, çox əsəbiləşdi. 23 illik evliliyimiz ərzində çox şiddət gördüm” , - deyə qadın yaşadıqlarını bölüşüb.