İsrailə köçən rus qadının vəhşicəsinə öldürülməsi anı - VİDEO

İsrailə köçən rus qadının vəhşicəsinə
ölüm
Dünya 28-12-2024 - 10:31

Herzliya şəhərindəki bomba sığınacağı yaxınlığında İsrailə köçən rus qadının vəhşicəsinə öldürülməsi anı sosial şəbəkələrdə gündəm olub.

Ajans.az xəbər verir ki, fələstinli gənc ,83 yaşlı Lyudmila Lipovskayaya bomba sığınacağından (digər mənbələrə görə, qocalar evindən) çıxışda hücum edib.

28 yaşlı gənc Lyudmilaya 6-dan çox bıçaq zərbəsi vurub.

O, silahlı israilli poçt mühafizəçisi tərəfindən vurularaq müalicə üçün xəstəxanaya aparılıb. Hadisə yerinə gələn həkimlər Lipovskayanı reanimasiya etməyə çalışsalar da, o, hadisə yerində dünyasını dəyişib. 

Şübhəli şəxs Yəhudeya və Samariyada terror infrastrukturlarının fəaliyyətinin yatırılmasında iştirak edən və reabilitasiya üçün İsrailə köçürülən keçmiş İsrail təhlükəsizlik məlumatçısıdır.

28 yaşlı fələstinli İbrahim Şalhub 2023-cü ilin iyunundan 2024-cü ilin iyununa qədər üç dəfə inzibati həbsə məruz qalıb.

Ətraflı videoda:

PAYLAŞ: