İran dünyanın diqqətini “İsrailin cinayətlərinə” cəlb etmək NİYYƏTİNDƏDİR

İran dünyanın diqqətini “İsrailin cinayətlərinə” cəlb etmək
Siyasət 21-10-2024 - 13:04

İran prezidenti Məsud Pezeşkian və respublikanın xarici işlər naziri Abbas Əraqçi BRİKS-in Kazanda keçirilən sammitində digər ölkələrdən olan həmkarları ilə “İsrail təhlükəsi”ni müzakirə etmək niyyətindədirlər.

Ajans.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi məlumat verib.

“BRİKS sammiti üçün Kazana səfərə gəlincə, biz diplomatik məsləhətləşmələr aparmaq və beynəlxalq ictimaiyyətin diqqətini sionist rejimin cinayətlərinin davam etdirilməsi ilə bağlı təhdidlərə cəlb etmək üçün sammitdə iştirakdan yararlanmaq niyyətindəyik. (İsrail nəzərdə tutulur - red),” – deyə, o, IRIB telekanalının yayımladığı brifinqdə deyib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail, HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb. İsrailin anklavda keçirdiyi əməliyyat ili ərzində 42,6 min fələstinli həlak olub, 99,8 min nəfər isə yaralanıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: