İlk hücum saat 21:00-dan 23:55-dək həyata keçirilib - Rusiya Müdafiə Nazirliyi məlumat yaydı
Ötən gecə Smolensk vilayəti Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb.
Ajans.az xəbər verir ki, Qubernator Vasili Anoxinin sözlərinə görə, bölgə üzərində 7 pilotsuz təyyarə vurulub.
Region rəhbərinin bəyanatı ilə eyni vaxtda Rusiya Müdafiə Nazirliyi də gecə basqını şərh edib və daha dəqiq məlumatlar verib.
“Saat 21.00-dan 23.55-dək Kiyev rejimi Smolensk vilayətindəki obyektlərə pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törətməyə cəhd edərkən, beş PUA növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib ”, - deyə idarədən bildirilib.
Sonra gecə yarısından sonra daha iki pilotsuz təyyarə vuruldu. Hücumun dəf edilməsi zamanı heç bir itki və dağıntı olmayıb;