İki rəqib komanda azerkeşləri arasında DƏHŞƏTLİ DAVA: Bir şəxs diri-diri yandırıldı

İki rəqib komanda azerkeşləri arasında DƏHŞƏTLİ DAVA:
Yanğın
İdman 28-10-2024 - 15:33

Bazar günü rəqib azarkeş qrupunun vəhşicəsinə hücumu nəticəsində bir tərəfdarın yanaraq ölməsindən sonra Braziliya futbolu daha bir faciə ilə üzləşib.

Ajans.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat verib.

Hadisə “Kruzerio”nun tərəfdarları Curitibada “Athletico Paranaense” ilə liqa matçından səhər saatlarında evə qayıdarkən baş verib.

Hollandiyanın “AD” nəşrinə görə, “Mafia Azul” kimi tanınan Kruzerio ultraları geri səfər edərkən Palmeiras tərəfdarları qrupu “Mancha Verde” olduğu güman edilən rəqib azarkeşlər tərəfindən pusquya salınıb. Rəqib qrup avtobusa atəşfəşanlıq alətləri ataraq onun alov almasına səbəb olub, həmçinin təkərlərin partlamasını təmin etmək üçün əl bombası və mismarlardan istifadə edib. Federal Yol Polisinin məlumatına görə, azarkeşlər arasında toqquşma səhər saat 5:20 radələrində baş verib.

Xəbərlərdə həmçinin iddia edilir ki, San-Paulu Dövlət Nazirliyi Palmeiras azarkeşlərini müəyyən etmək üçün Mülki Polisin araşdırmalarını izləyəcək.

Qeyd edək ki, Braziliya futbolunun zorakılıq tarixi var, son illərdə klub ultrasları ilə bağlı bir sıra dəhşətli hadisələr baş verib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: