İki ölkə "super tank" yaradır

İki ölkə "super tank"
Dünya 05-04-2025 - 16:18

Almaniya və Fransa şirkətləri birlikdə tank istehsalı etməyi planlaşdırır.

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın "Rheinmetall" və KNDS, Fransanın "Thales" şirkətləri layihəyə cəlb edilib.

Üç şirkət Almaniyada birgə müəssisə yaradacaq. "Leopard-2 Leclerc" əsas döyüş tanklarının yeni nəsil "super tanklar"la dəyişdirilməsi 2040-cı ilə qədər baş tutacaq.

Almaniyanın müdafiə naziri Borus Pistorius qeyd edib ki, "super tanklar" mövcud tankların yeni versiyası deyil, süni intellektdən istifadə edən tamamilə yeni silah növüdür.

PAYLAŞ: