Həlak olan hərbçinin nəşi Lənkərana gətirildi

Həlak olan hərbçinin nəşi Lənkərana
Gündəm 07-04-2025 - 10:05
 323

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu minaya düşüb.

Hadisə Cəbrayıl rayonunda baş verib. Belə ki, DSX-nin kiçik giziri Əsgər Musayev minaya düşərək həlak olub.

Ajans.az xəbər verir ki, həlak olan hərbi qulluqçu Lənkərana gətirilib.

Bununla bağlı "TikTok" sosial şəbəkəsində paylaşılıb. Hal-hazırda yas yerindən anbaan görüntülər verilir, hərbçinin dəfn mərasimi baş tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Aytac Əsəd
Vəzifəsi: Müxbir
PAYLAŞ: