“Uçan taksi” Sürücüsü tövbə etdi- MADDİ VƏZİYYƏTİM…

“Uçan taksi” Sürücüsü tövbə etdi-
Cəmiyyət 15-04-2025 - 22:17

Ötən həftə Bakıda “Bolt” taksi şirkətinə məxsus BYD avtomobili ilə dəhşətli qəza törədən sürücü Anar Nəcəfov Baku TV-yə danışıb.

Ajans.az xəbər verir ki, hazırda xəstəxanada müalicəsi davam edən sürücü sağaldıqdan sonra taksi fəaliyyəti ilə məşğul olmayacağını deyib:

“Maşına yaxın getməyə tövbə etmişəm. Şükür edirəm ki, adam vurmamışam. Elə olsaydı, həmin dəqiqə özümü öldürərdim”.

Hadisə anı barədə də açıqlama verən Anar Nəcəfov bildirib ki, sonuncu müştərisini ünvandan götürdükdən sonra baş verənləri xatırlamır:

“Qıcolmam tutduğu üçün özümdə deyildim. Əllər qıc olanda ayaqlar irəli gedir. Ona görə də özümdən asılı olmadan qazı basmışam. Ayağımdakı qandal isə pul problemi ilə bağlı idi. Maddi vəziyyətim sıfır vəziyyətindədir. Yoxsa bu yaşımda niyə taksi sürücüsü kimi işləyim ki?!”.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: