Gürcüstan prezidenti Azərbaycana gəldi

Siyasət
15-04-2025 - 16:39
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Azərbaycana rəsmi səfərə gəlib.
Ajans.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Mövzular:
Oxşar xəbərlər
500 min dollardan çox borcu olduğu deyilən sabiq baş konsul - Ona kimlər dəstək olub?
Siyasət09:54 / 21-04-25