Göygöldə 41 yaşlı kişi bıçaqlandı

Göygöldə 41 yaşlı
Gündəm 27-03-2025 - 21:33

Göygöldə bıçaqlanma olub.

Ajans.az xəbər verir ki, hadisə rayonun Qızılca kəndində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü N.Əsgərov dizinin və qolununun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Xəstəyə yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 41 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

PAYLAŞ: