Fransa Ukraynaya gizli məlumatlar ÖTÜRÜRMÜŞ

Fransa Ukraynaya gizli məlumatlar
Fransa-Ukrayna
Dünya 06-03-2025 - 12:19

ABŞ-nin bu cür məlumatların ötürülməsini dayandırmaq qərarına baxmayaraq, Fransa Ukraynaya kəşfiyyat məlumatlarını ötürməyə davam edəcək.

Ajans.az “Reuters”a istinadən xəbər verir ki, bu barədə Qərbi Avropa respublikasının Müdafiə Nazirliyinin rəhbəri Sebastyen Lekornu bildirib.

“Bizim kəşfiyyatımız suverendir. Son illərdə onu gücləndirmək daha çox vaxt aparıb, lakin üstünlüyü ondan ibarətdir ki, biz bunu həqiqətən öz resurslarımızla etmişik. Bəli, bizim ukraynalılara təqdim etdiyimiz kəşfiyyat resurslarımız var”, - müdafiə departamentinin rəhbəri bildirib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: