Fransa bütün Ukraynanı peyk interneti ilə əhatə edir: Paris İlon Maskı əvəz etməyə çalışır

Fransanın peyk rabitəsi şirkəti Eutelsat Ukraynada əlavə terminallar yerləşdirmək və ölkəni internetə çıxışla təmin etmək niyyətindədir. Müvafiq planlar artıq Avropa İttifaqı ilə müzakirə olunur.
Ajans.az xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) yazır.
Eutelsat deyib:
“Biz əlavə kritik terminalların və infrastrukturun sürətlə yerləşdirilməsini təmin etmək üçün Avropa institutları və kommersiya tərəfdaşları ilə fəal işləyirik”.
Şirkət həmçinin əmin edib ki, onların peykləri artıq Ukraynada istifadə olunur. Ancaq bu, yalnız hökumət səviyyəsində kommunikasiyaları dəstəkləmək üçündür.
Bundan əvvəl “The Economist” qəzeti yazıb ki, Kiyev artıq aktiv şəkildə Starlink-ə alternativ axtarır. Ukrayna tərəfinin fikrincə, Amerika peykləri hələ də dəyişdirilə bilər. Bununla belə, keçid uzun və çətin olacaq. Ən kritik olan odur ki, bu müddət ərzində Ukrayna döyüş meydanında “gözsüz” qalacaq.