Forbes milyarderi təcavüzə görə məhkəməyə verildi - ŞOK
Forbes milyarderi Riçard Uayt cinsi qısnama iddialarına görə qurduğu şirkətdən istefa verməyə məcbur olub.
Ajans.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat verib.
Avstraliyanın logistika proqram təminatı nəhəngi “WiseTech”in qurucusu, baş direktoru və əsas səhmdarı qadınların bir sıra iddialarından sonra öz şirkətini tərk etmək məcburiyyətində qalıb. O, bu qərarı ona görə verib ki, şirkətin səhmləri qalmaqal fonunda kəskin ucuzlaşıb və bir neçə həftə ucuzlaşmağa davam edib.
Uaytla bağlı qalmaqal sentyabr ayında Avstraliya Federal Məhkəməsindəki iclaslar zamanı onun keçmişdə eşq yaşadığı Linda Roqan milyarderin xüsusi şərtlər altında biznesini inkişaf etdirməyə kömək etməyə razılaşdığını söylədikdə başlayıb. Onun sözlərinə görə, o, bir milyon dollar təklif edib və sonra onu Nyu-Yorka dəvət edib və burada bir çarpayılı otaq icarəyə götürüb.
“Başa düşdüm ki, Riçard məndən onunla cinsi əlaqədə olmağımı gözləyir və sonra o, mənim biznesimə sərmayə yatırmaq vədini yerinə yetirəcək. Ona görə də onunla otaqda qaldım və münasibətimiz seksuallaşdı”, - deyə, qadın bildirib.
Məhkəmə sənədlərinə görə, onların münasibətləri bir müddət davam edib. Tezliklə Uayt ona 13 milyon dollar dəyərində malikanə alıb. Milyarder Roqana evi təchiz etmək üçün interyer dizaynerinin xidmətlərindən istifadə etməyi də deyib, lakin bu anda sevgilisi Zena Nasser onun gizli münasibətindən xəbər tutub və o, məşuqəsinə sponsorluq etməyi dayandırıb. Buna baxmayaraq, o, Uaytdan dəbdəbəli mebelə görə təxminən 91.000 dollar tələb etməyi bacarıb.
Həftələrlə davam edən hüquqi mübahisələrdən sonra iş qəfil həll olunub, razılaşmanın şərtləri açıqlanmayıb. Lakin bundan sonra mediada Uaytin sosial şəbəkələrdə bir neçə sahibkara mentorluq təklifləri ilə yazdığı barədə xəbərlər yayılıb.
Nəticədə Uayt tutduğu vəzifəni tərk edəcək, qısamüddətli məzuniyyət götürəcək, sonra isə şirkətə məsləhətçi kimi qayıdacaq.