Eyni zərgərə bir ayda iki dəfə silahlı hücum edildi - VİDEO

Eyni zərgərə bir ayda iki dəfə silahlı hücum edildi -
Qızıl
Kriminal 18-11-2024 - 14:47

İstanbulun Beylikdüzündə bir ay ərzində eyni zərgərə ikinci silahlı hücum olub.

Ajans.az xəbər verir ki, motosikletçilər 17 işçinin çalışdığı iş yerinə ümumilikdə 28 atəş açıb, xoşbəxtlikdən xəsarət alan olmayıb. Hücum edənlər hadisədən sonra yoxa çıxsa da, hücumun iş sahibinin xərac verməkdən imtina etməsi səbəbindən baş verdiyi iddia edilib.

Hadisə səhər saat 08:00 radələrində Beylikdüzü Yakuplu Məhəlləsi Hürriyyət Bulvarında baş verib. Hücum edənlər motosikletlə zərgərin qarşısına gələrək silahlarından atəş açıblar. Xəbər verildikdən sonra hadisə yerinə çox sayda polis məmuru və hadisə yeri araşdırma qrupları sövq edilib, hücumçuların tutulması üçün genişmiqyaslı iş başladılıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: