Emin Cəfərov UEFA-dan təyinat aldı

Emin Cəfərov UEFA-dan
İdman 04-11-2024 - 12:31

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.

Ajans.az xəbər verir ki, o, Konfrans Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçiriləcək LASK (Avstriya) – “Serkle Brügge” (Belçika) matçının UEFA nümayəndəsi olacaq.

Görüş noyabrın 7-də Lints şəhərində təşkil olunacaq.

PAYLAŞ: