Əlil qızını aclıqdan ÖLDÜRDÜ - 2 aylıq həbs EDİLDİ

Əlil qızını aclıqdan ÖLDÜRDÜ -
Həbs
Kriminal 26-02-2025 - 10:08

Məhkəmə beş yaşlı əlil qızın himayəçisi olaraq onu aclıqdan öldürən 44 yaşlı Petropavlovsk-Kamçatski sakini barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Ajans.az xəbər verir ki, bu barədə Kamçatka diyarının prokurorluğu məlumat verib.

Qadına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “b” və “d” bəndləri ilə (“Azyaşlının xüsusi amansızlıqla öldürülməsi”) cinayət işi açılıb.

İstintaqın məlumatına görə, 2024-cü ilin martından 2025-ci ilin yanvarına qədər qəyyum qurbanı yeməkdən məhrum edib və həkimlərin tövsiyələrinə əməl etməyib. Sonda qız sağ qalmayıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: