Əhalinin DİQQƏTİNƏ: Bu ərazidə qaz KƏSİLƏCƏK

Cəmiyyət
12-03-2025 - 09:56
Bu gün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Ajans.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, Lökbatan qəsəbəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, məqsədilə martın 12-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə 1-ci, 2-ci və 3-cü massivlərin, Nizami, Musəvi, S.Orucov küçələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Oxşar xəbərlər
Ana və uşaq üçün həyati təhlükə yaradan hamiləlik ağırlaşması icbari tibbi ... təminatındadır
Cəmiyyət11:06 / 18-02-25