Əfsanəvi boksçu vəfat etdi

İdman
22-03-2025 - 09:09
Amerikalı məşhur boksçu, ikiqat dünya çempionu Corc Forman 76 yaşında dünyasını dəyişib.
Ajans.az bildirir ki, bu barədə onun yaxınları sosial şəbəkədə açıqlama yayıb. Əfsanəvi boksçunun rəsmi instaqram hesabında verilən açıqlamada Formanın 21 mart 2025-ci ildə ailəsinin və sevdiklərinin əhatəsində vəfat etdiyi bildirilib.
Qeyd edək ki, Corc Forman 1949-cu ildə ABŞ-də anadan olub. O, iki dəfə ağır çəki dərəcəsində dünya çempionu titulunu qazanıb və 1968-ci il Olimpiya Oyunlarında qızıl medal əldə edib. Karyerasını başa vurduqdan sonra isə vaiz və sahibkar kimi fəaliyyət göstərib.