Dörd qadın futbolçunu ildırım vurdu

Dörd qadın futbolçunu
ildırım
Dünya 10-02-2025 - 16:13

Kolumbiyada təbiət hadisəsi ölümlə nəticələnib. 

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, Kajibio şəhərində yerləşən futbol meydanında dördü qadın olmaqla beş nəfəri ildırım vurub. Hadisə nəticəsində 5 nəfər ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya aparılsa da,  onların həyatını xilas etmək mümkün olmayıb. 

İdmançıların hansı futbol komandasında çıxış etdiyi açıqlanmayıb. 

PAYLAŞ: