DİQQƏT:Bəzi magistrallarda görünüş məsafəsi məhdudlaşacaq

Cəmiyyət
02-03-2025 - 15:02
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.
Ajans.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Martın 3-də bəzi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1 000 metrədək məhdudlaşacağı ehtimalı var.
Bəzi yollar buz bağlayacaq.
Nəzrin Vüqarqızı
Vəzifəsi: Müxbir