“Dəmir” Maykın qisasını o alacaq
Xəbər verdiyimiz kimi, Ceyk Paul boks rinqində Mayk Taysona qalib gəlib.
Ajans.az xəbər verir ki, “Kral” ləqəbli Rayan Qarsiya bununla bağlı sosial şəbəkə hesabında ilginc paylaşım edib. O, qeyd edib ki Maykın qisasını alacaq:
“Əgər necəsə Paul Taysona qalib gəlsə, mən onu bitirəcəm. Hətta anamın üzərinə and içirəm”.
İrəli zamanlarda Qarsiya və Paulun rinqə çıxması gözlənilir.
Qeyd edək ki, 26 yaşlı Qarsiya yeddi yaşında boksla məşğul olmağa başlayıb və həvəskarlar arasında 15 qat ölkə çempionu olub. O, 2021-ci ildə Ümumdünya Boks Şurasının (WBC) müvəqqəti yüngül çəki çempionluğunu qoruyub.