Dəhşətli yanğında 5 övladını itirən anadan ŞOK AÇIQLAMA
İzmirdə baş verən yanğın fəlakətində 5 uşağını itirən Melisa Akcan nazirliyin onlara 1 il ərzində 110 min 705 TL təzminat ödəndiyi barədə açıqlamasına reaksiya verib.
Ajans.az xəbər verir ki, Akcan "Uşaqlarımız üçün bizə 8 min lirə yardım edirdilər, amma 4 min lirəyə endirdilər. Mən 4 min lirə ilə uşaqlarıma necə baxım?", - deyib.
İzmirin Səlcuq rayonunda 5 uşağı qapını arxadan bağladıqdan sonra yanğında həyatını itirən və hadisə ilə bağlı ədliyyəyə sövq edilən və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan Melisa Akcan diqqətçəkən açıqlamalar verib.
Nazirliyin daha sonra isə AK Partiya üzvü Özlem Zenginin bir il ərzində 110 min 705 lirə maaş aldıqları barədə açıqlamasına "Sözcü TV" vasitəsilə cavab verən Akcan mübahisəli iddia ilə çıxış edib.
Akcan bildirib ki, "Sizə 110 min lirə yardım edildiyinə dair iddialar var, bu doğrudurmu? 110 min lirə yardım almamışam, 100 min lirə də qalsın. Heç vaxt pul da almamışam. Əksinə, 8 min lirə yardım verdilər, amma 4 min lirəyə endirdilər. Mən necə baxım, 5 övladımdan bu 4 min lirə ilə?", - deyə cavab verib. Akcanın valideynləri də qızlarının dövlətdən 100 min lirə yardım almadıqlarını istisna ediblər.