DƏHŞƏTLİ HADİSƏ: Anasını öldürüb intihar etdi! - FOTO/VİDEO

DƏHŞƏTLİ HADİSƏ: Anasını öldürüb intihar etdi! -
Kriminal 21-10-2024 - 06:37

Türkiyədə dəhşətli hadisə baş verib.

Ajans.az xəbər verir ki, Kastamonun İhsanqazi rayonunda psixoloji problemləri olduğu bilinən şəxs anasını ov tüfəngi ilə öldürüb, sonra da eyni silahla intihar edib.

Baş verən hadisədə Özkan Gebeşoğlu və anası Şaizer Gebeşoğlundan xəbər olmayıb. İstanbulda olan qohumlar qonşularına zəng edərək evə baxış keçirmələrini istəyiblər. Evə gedən qonşular içəridən səs gəlməyincə dərhal 112 Təcili Yardım Mərkəzinə zəng edib. Xəbər üzərinə hadisə yerinə gələn polis qrupları heç kimin qapını açmadığı halda yanğınsöndürən maşınının nərdivanının köməyi ilə pəncərədən evə daxil olub. İçəri girən polis qrupları ana və oğlunu güllə yaraları ilə ölü tapıb.

Hadisə yerinin araşdırılması və dövlət ittihamçısı tərəfindən aparılan araşdırma zamanı Özkan Gebeşoğlunun anasını vurduqdan sonra eyni silahla intihar etdiyi müəyyən edilib. Müayinədən sonra ana və oğulun meyitləri morqa aparılıb. Digər tərəfdən, Özkan Gebeşoğlunun uzun müddətdir psixoloji problemləri olduğu öyrənilib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: