Dəhşətli ailə FACİƏSİ: Ana 3 uşağını, sonra da ÖZÜNÜ ÖLDÜRDÜ

Dəhşətli ailə FACİƏSİ: Ana 3 uşağını,
Ana
Kriminal 13-02-2025 - 11:53

ABŞ-də 32 yaşlı Tranyelle Harshman üç qızını öldürüb, dördüncü qızını isə ağır yaralayıb.

Ajans.az xəbər verir ki, hadisədən sonra o, polisə zəng edərək, özünü atacağını bildirib. Həyatını itirən qızlardan ikisinin 2, birinin isə 9 yaşı var idi. 7 yaşlı Oliviya ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb və həyat üçün mübarizə aparır. Hadisədən sonra ana dünyasını dəyişib.

Böyük Horn qraflığının şerif ofisindən verilən məlumata görə, dörd uşağını güllələdikdən sonra ana polisə zəng edərək, özünü atacağını bildirib.

KTVQ xəbər verir ki, onun 7 yaşlı qızı Oliviya sağ tapılıb və təcili olaraq Solt Leyk Sitidəki xəstəxanaya aparılıb. Olivia "ağır beyin travması" səbəbindən həyatı üçün mübarizə aparır.

Ananın dediyinə görə, təcili yardıma zəng edəndə iki qızı beşikdə, digər ikisi isə aşağı mərtəbədəki yataq otaqlarında olub. O, həmçinin bildirib ki, polis onu yuxarı mərtəbədəki yataq otağında ölü tapacaq.

"Operator zəng edən qadına yalvarıb ki, ekipajlar gələnə qədər xəttdə qalsın. Qadın dəfələrlə bunu edə bilməyəcəyini və artıq gec olduğunu bildirib. Xəttdə qalmaq cəhdləri uğursuz alınıb və zəng kəsilib", - deyə polisin açıqlamasında bildirilir.

Ananın qorxunc zəngindən bir neçə dəqiqə sonra evə daxil olan polislər, 9 yaşlı Brailey də daxil olmaqla iki qızı başından güllələnmiş şəkildə ölü tapıblar.

Ananın dostları KTVQ-yə bildiriblər ki, Harşman doğuşdan sonrakı depressiya ilə mübarizə aparıb.

"İnsanların zehnində nə ilə mübarizə apardığını heç vaxt bilməyəcəksiniz. Yaxınları onun ən qaranlıq anları ilə yadda qalmasını istəmirlər. O, şirin, sevən və əyləncəli insan idi. Övladları onun həyatının mərkəzi idi", - Briana Baker deyib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: