DƏHŞƏT: Öz heyvanları tərəfindən ÖLDÜRÜLDÜ

Amerikanın Pyemont şəhərində ac donuzların hücumuna məruz qalan kişi ölüb.
Ajans.az xəbər verir ki, bu barədə “Calhoun Journal” yazır.
Hüquq-mühafizə orqanları yaralının vəziyyətini yoldan keçənlərdən öyrənib. Onun qalıqları maşının altından tapılıb. Həmin şəxsin 51 yaşlı Stiven Kayl Satterfild olduğu müəyyən edilib.
İlkin məlumata görə, Satterfildi qəfəsdən qaçan öz donuzları parçalayıb. Kişi gizlənmək üçün maşının altında gizlənsə də, bu işə yaramayıb.