Dəhşət: Qadını öz evində öldürdü
Şanlıurfada qadın qətlə yetirilib.
Ajans.az xəbər verir ki, Leyla Üren adlı qadın evində boğazından bıçaqlanmış vəziyyətdə tapılıb. Üreni öldürən qətl şübhəlisi polis tərəfindən saxlanılıb.
Hadisə saat 03.30 radələrində Bahçelievler məhəlləsində baş verib. Leyla Ürenin yaşadığı mənzildən gələn səs-küydən sonra qonşuları vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər. Xəbər üzərinə gələn qruplar qadını evdə qanlar içində tapıblar.
Müayinə zamanı boğazından xəsarət alan qadının öldüyü müəyyən edilib. Ürenin cəsədi hadisə yerində müayinə olunduqdan sonra yarılma üçün Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.
Polis bölgədəki təhlükəsizlik kameralarını yoxladıqdan sonra cinayəti törədən Suriya vətəndaşı Əhməd Əl Avvadı yaxalayıb.