DƏHŞƏT: Ana instaqramda tanış olduğu kişiylə evlənmək üçün qızını öldürdü
Hindistanda baş verən hadisədə ana İnstaqramda tanış olduğu kişi ilə evlənmək üçün 5 yaşlı qızını boğaraq öldürüb.
Ajans.az xəbər verir ki, uşağının ölümündən sonra xəstəxanaya gətirilən ananın cinayəti polisin dindirməsi nəticəsində üzə çıxıb. Hadisə ilə bağlı istintaq davam edərkən, anaya qarşı qətl törətmək və uşaqların cinsi cinayətlərdən qorunması ilə bağlı qanunu pozmaq maddəsi ilə cinayət işi açılıb.
Polisin verdiyi açıqlamaya görə, ana İnstaqramda tanış olduğu kişi ilə evlənmək üçün 5 yaşlı qızını boğaraq öldürüb. Cümə günü polis Deep Chand Bandhu Xəstəxanasından kiçik qızın xəstəxanaya ölü olaraq gətirildiyi barədə məlumat alıb. İlk müayinədə uşağın boynunda boğulma izləri aşkarlanıb.
Hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb və uşağın yaxınları, xüsusilə də anası dindirilib. Uzun sorğu-sualdan sonra ana törətdiyi cinayəti etiraf edib və qızını boğduğunu bildirib. Ana dindirmə zamanı ifadəsində birinci ərinin onu tərk etdiyini, daha sonra İnstaqramda Rahul adlı şəxslə tanış olduğunu bildirib. Qadın Rahulla evlənmək məqsədi ilə Dehliyə köçüb. Lakin Rahul və ailəsi qadının uşağını qəbul etməyib və buna görə də evliliyi rədd ediblər. Bunun üzərinə ana çarəsiz qalıb və uşağını öldürüb. Qadın həmçinin Dehliyə gəlməmişdən əvvəl Himaçal-Pradeşdə qohumu ilə yaşadığını və bu müddətdə uşağının cinsi istismara məruz qaldığını bildirib. Polis hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib.