DƏHŞƏT: Ana 2 yaşlı körpəsini zəhərləyərək öldürdü - VİDEO
İstanbul, Əsənlərdə ana 2 yaşlı körpəsinə zəhərli içki verərək öldürüb.
Ajans.az xəbər verir ki, bu barədə türk mətbuatı məlumat verib.
Dindirilərkən "Uşağım nikahdankənar doğulub. Heç kim bizə baxmadı. Depressiyaya düşdüm" deyən ana həbs olunarkən ata məhkəmə nəzarəti ilə sərbəst buraxılıb.
İstanbulda parkda oturan ana Əmrə adını verdiyi körpəsinə şüşəyə qoyduğu “tiner”dən içdirib. Daha sonra körpə ilə Əsənlərdəki qohumlarının evinə gedib. Körpə evdə zəhərli içkidən dolayı pisləşməyə başlayıb və xəstəxanaya aparılıb. Reanimasiyada müalicə olunan körpə 2 aydır davam edən həyat mübarizəsini dünən itirib.