DƏHŞƏT: 15 yaşlı oğlan sadəcə mesaja görə yaşıdını bıçaqladı - Bu ölkədə

DƏHŞƏT: 15 yaşlı oğlan sadəcə mesaja görə yaşıdını bıçaqladı -
İngiltərə
Kriminal 05-02-2025 - 12:19

İngiltərənin Şeffild şəhərində 15 yaşlı oğlan bıçaqlanaraq öldürülüb.

Ajans.az xəbər verir ki, bu barədə İngiltərənin “Uşaq Mühafizəsi Xidmətləri” (CPS) məlumat yayıb.

“CPS” bu gün bildirib ki, məktəbdə bıçaqlanaraq öldürülən 15 yaşlı Harvey Willgooseun qətlində 15 yaşlı oğlan ittiham olunub. Bazar ertəsi günorta polisin çağırıldığı All Saints Katolik Liseyində baş verən hücumdan sonra Harvey Willgoose ciddi yaralarla xəstəxanaya aparılıb.

Şeffilddəki All Saints Katolik Liseyində dəhşətə gələn şagirdlər nahar fasiləsi başlayarkən qışqırıq səsləri eşidiblər və qaçıblar. Harvini xilas etmək üçün edilən səylərə baxmayaraq, sonradan onun aldığı xəsarətlərdən gecə saat 4-də öldüyü təsdiqlənib.

İddia olunur ki, bıçaqlanmaya səbəb gənclər arasında olan təhdiddolu mesajlar olub. Məktəb rəhbərliyi bunu günlər öncədən bilsə də, heç bir tədbir görməyib.

Bu iş üzrə ilk məhkəmə iclası fevralın 5-də Şeffild Gənclər Məhkəməsində keçiriləcək.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: