"Dediklərinizin arxasında fakt yoxdur" - Spiker deputatlara etiraz etdi

Cəmiyyət
01-11-2024 - 08:52
Bu gün Milli Məclisin iclasında deputatlar Səyyad Salahlı və Aqil Abbas həkimlərin çatışmazlığı ilə bağlı məsələni qaldırıblar.
Ajans.az xəbər verir ki, spiker Sahibə Qafarova onların fikirlərinə etiraz edib:
“Aqil müəllim, dediklərinizin arxasında fakt yoxdur. Xahiş edirəm, rəsmi statistika təqdim edin.
Səyyad müəllim də, siz də deyirsiniz ki, həkim yoxdur. Bunu rəsmi statistika ilə əsaslandırın”.