Çox acınacaqlı və üzücü haldır -  Kobaxidze təəssüfləndi

Çox acınacaqlı və üzücü haldır - 
Dünya 05-04-2025 - 19:20

“Əcnəbi həmkarlar bəzən konkret bəyanatlarla ekstremist və radikal fəaliyyətlərin müxtəlif növlərini təşviq edirlər”.

Ajans.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.

“Biz bunu ölkəmizdə dəfələrlə görmüşük. Xarici həmkarlarımız bunu susqunluqla, bəzən də konkret bəyanatlarla təşviq edirlər. Bu da çox təəssüf doğurur və üzücüdür. Təəssüf ki, ayrı-ayrı səfirliklərin və təşkilatların fəaliyyəti dəyərlərə əsaslanmır. Bu, çox acınacaqlı və üzücü haldır. Biz bu ənənələrə məhəl qoymuruq”, - deyə Baş nazir bildirib.

PAYLAŞ: