Conni Depplə qalmaqallı məhkəməsi ilə yadda qalan Amber ana olacaq!
Aktrisa və Conni Deppin keçmiş həyat yoldaşı Amber Herd ikinci dəfə hamilədir.
Ajans.az xəbər verir ki, bu barədə “People” məlumat yayıb.
Mənbənin sözlərinə görə, aktrisanın hamilə olduğunu mətbuat katibi təsdiqləyib. O etiraf edib ki, xəbər düzdür, amma hələ çox yenidir.
“Siz başa düşməlisiniz ki, biz indiki mərhələdə təfərrüata varmaq istəməzdik. Demək kifayətdir ki, Amber maraqlı xəbərdən məmnundur”, - Herdin nümayəndəsi bildirib.
Xatırladaq ki, keçmiş həyat yoldaşları 2017-ci ildə qalmaqal və 2022-ci ildə baş verən səs-küylü məhkəmə zamanı ayrılıblar. Herd keçmiş ərini onu döyməkdə və narkotik qəbul etməkdə ittiham edib, Deppin özü isə böhtan atmaqda əks ittiham irəli sürüb. Elə həmin il məhkəmə aktrisanın Conniyə 15 milyon dollar ödəməli olduğuna qərar verib və o, mənəvi təzminat üçün ona 2 milyon dollar borclu idi.