Cənubi Koreyada davam edən GƏRGİNLİK: Qurumlar küçələrə axışdı - VİDEO

Cənubi Koreyada davam edən GƏRGİNLİK: Qurumlar küçələrə axışdı -
Cənubi Koreya
Siyasət 04-12-2024 - 11:54

Dünən gecə 6 saat davam edən hərbi vəziyyətin elan edilməsi ilə çaş-baş qalan Cənubi Koreyada sakitlik yoxdur.

Ajans.az xəbər verir ki, müxalifət partiyaları prezident Yoon Seuk Yeolun impiçmenti üçün parlamentə vəsatət təqdim etməyə hazırlaşarkən, Prezident Aparatındakı bütün yüksək səviyyəli köməkçilər bu səhər prezidentə istefalarını təqdim edib. Həmçinin ölkənin müdafiə naziri də istefa verib. Digər tərəfdən, qeyri-hökumət təşkilatları prezident Yoonun vəzifədən uzaqlaşdırılması tələbi ilə mitinqlər təşkil edib.

Cənubi Koreya prezidenti Yoon Suk Yeolun dünən gecə gözlənilmədən hərbi vəziyyət elan etməsi və parlamentdə ləğv edilməsinin əks-sədası davam etsə də, ölkədə gərginlik bir an belə azalmır. Ötən gün gözlənilmədən ölkədə hərbi vəziyyət elan edən Yoon müxalifət partiyalarının müqaviməti ilə üzləşib. Ölkədəki müxalifət partiyaları Yoonun vəzifədən çıxarılması üçün bu gün parlamentə təklif təqdim edəcəklərini açıqlayıb. Təklifin həftə ərzində səsə qoyulacağı gözlənilir.

Ardıcıl istefalar ölkədə seysmik effekt yaratsa da, bir çox qeyri-hökumət təşkilatları baş verənlərə reaksiya verib, küçələrə axışıb. QHT rəsmisi bildirib ki, Yoon Milli Məclisi məcbur etmək üçün hərbçiləri səfərbər edib, deputatların ölkəyə girişinə və onun fəaliyyətinə mane olmağa çalışıb, yayım qadağaları tətbiq edib və siyasi fəaliyyətə qadağa qoyub. O, həmçinin insanların ən elementar hüquqlarını pozub, hərbi vəziyyət elan etməklə Konstitusiyanı nəzərə almayıb.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: