Cennifer Lopez və Ben Afflek boşanma prosesini yekunlaşdırdı

Cennifer Lopez və Ben Afflek boşanma prosesini
Cennifer Lopez, Ben Afflek
Şou Biznes 07-01-2025 - 13:58

Amerikalı müğənni və aktrisa Cennifer Lopez və aktyor Ben Afflek boşanma prosesini rəsmən başa çatdırıb.

Ajans.az xəbər verir ki, bu barədə “People” jurnalı məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Məhkəmə qərarının aktrisanın boşanma ərizəsindən təxminən 20 həftə sonra verildiyi aydınlaşır.

Nəşrin məlumatına görə, 2021-ci ildə romantikalarını yenidən alovlandıran məşhurlar 2022-ci ilin iyulunda Las-Veqasda özəl mərasimlə evləniblər. Daha sonra onlar Gürcüstanda dostları və ailəsi qarşısında toy mərasimi keçiriblər. Lopez bu hadisədən düz iki il sonra boşanma üçün müraciət edib, ayrılığa səbəb kimi barışmaz fikir ayrılıqlarını göstərib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: