Bu gün beş güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır

Bu gün beş güləşçimiz Avropa çempionatında mübarizəyə
İdman 08-03-2025 - 14:01

Bu gün Tiranada (Albaniya) güləş üzrə gənclər arasında (U-23) Avropa çempionatı başlayır.

Ajans.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın beş sərbəst güləşçisi döşək üzərinə çıxacaq.

Rəhman İmanov 57 kq, Murad Haqverdiyev 65 kq, Kənan Heybətov 70-79 kq, Əbdülcəlil Şabanov 97 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

PAYLAŞ: