Bu ərazilərə yağış yağır - Faktiki hava

Bu ərazilərə yağış yağır -
Cəmiyyət 05-04-2025 - 17:47

Hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Ajans.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, aprelin 5-i saat 17:00-a olan məlumatına əsasən, Naxçıvan, Culfa, Ordubad və Astarada arabir yağış yağır. Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Şahdağda 20, Kəlbəcərdə isə 16 m/s-yə çatır.

Göygöl, Qax və Lerikdə duman müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 19, Naxçıvan MR-da 20, dağlıq rayonlarda isə 12 dərəcəyədək isti qeydə alınıb.

PAYLAŞ: