60-dan çox insanın həyatına son qoyan təyyarə qəzasının səbəbi BU İMİŞ

Yanvarın 29-da Ronald Reyqan Milli Hava Limanı üzərində sərnişin təyyarəsi ilə toqquşan ABŞ ordusuna məxsus “Black Hawk” helikopterinin pilotu nəzarətçinin eniş xəbərdarlığına məhəl qoymayıb.
Ajans.az xəbər verir ki, bu barədə “New York Times (NYT)” rəsmi araşdırmanın sənədlərinə istinadən məlumat yayıb.
Xatırladaq ki, yanvarın 29-da Bombardier CRJ700 sərnişin təyyarəsi “Black Hawk” hərbi helikopteri ilə toqquşub və Vaşinqtonda Ronald Reyqan hava limanı yaxınlığında Potomak çayına düşüb. Hadisə nəticəsində 67 nəfər həyatını itirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.