Tanınmış jurnalist axtarışa VERİLDİ

Rusiya Daxili İşlər Nazirliyi jurnalist Yuliya Taratutanı (Rusiya Federasiyası ərazisində xarici agent kimi tanınan - red) axtarışa verib və Moskva müstəntiqləri ona qarşı cinayət işi açıblar.
Ajans.az xəbər verir ki, bu barədə TASS idarənin məlumat bazasına istinadən məlumat yayıb.
Martın 4-də Rusiya İstintaq Komitəsi Taratutaya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi (“Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməkdən yayınma”) ilə iş üzrə istintaqın başlandığını elan edib.
İstintaqın məlumatına görə, Taratuta 2025-ci il yanvarın 15-dən gec olmayaraq Rusiya qanunvericiliyinin tələb etdiyi məlumatları səlahiyyətli orqana təqdim etməyib. Bununla da o, xarici agentin prosedurlarını pozub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.