Bu bankın lisenziyası ləğv edildi

Bu bankın lisenziyası
Bank
İqtisadiyyat 15-11-2024 - 13:21
 620

Rusiya bankı olan “Bank of Corporate Finance MMC”-nin (BCF) lisenziyası ləğv edilib.

Ajans.az xəbər verir ki, tədbir bir sıra qanun və tələblərin pozulması səbəbindən həyata keçirilib.

Mərkəzi Bank bildirir ki, BCF MMC federal bank qanunlarını və normativ aktları pozub, bu səbəbdən əmanətçilərin cəlb edilməsinə məhdudiyyətlər şəklində sanksiyalar tətbiq edilib.

Həmçinin bankın çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə tələblərini pozduğu müəyyən edilib. Funksiyaları DİA Şirkətlər Qrupuna həvalə edilən şirkətə müvəqqəti administrasiya təyin edilib.

Şahanə Paşazadə
Vəzifəsi: Müxbir
PAYLAŞ: